YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması dövlət qayğısının daha bir nümunəsidir

“Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətlərin artırılması ilə haqqında  Sərəncamı böyük əhəmiyyt kəsb edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, dövlət başçısının sərəncamı təxminən 500 min nəfərə  şamil ediləcək. Onun sözlərinə görə, vahid aylıq müavinətlərin artırılması həmin insanların sosial təminatının yaxşılaşdırılması ilə yanaşı ailə büdcəsinin də artmasını təmin edəcək.

“Bu artım son illərin ən böyük artımı kimi qiymətləndirilir. Artımın faiz dərəcəsinin yüksək olması bu kateqoriyadan olan insanlara diqqətin göstəricidir. Nəzərə alsaq ki, ailədə  5 nəfər var, onlar ümumilikdə 300 manat aylıq müavinət alacaq. Əgər ailədə pensiya alan, işləyən də varsa onların aylıq büdcəsi daha çox olacaq. Bu da həmin insanların dolanışığına çox müsbət təsir göstərəcək. Ümumiyyətlə, dövlət büdcəsinə daxilolmaların artması nəticəsində əhalinin sosial müdafiəsi xeyli gücləndirilir. Yanvar ayında büdcəyə 105 milyon manat əlavə vəsait daxil olub. Bu, həyata keçirilən islahatların, şəffaflığın təmin olunmasınin nəticəsidir. Təbii ki, artan büdcə vəsaitləri insanların rifah halının yüksəlməsinə sərf olunur”-deyə, komitə sədri vurğulayıb.