Xəbərlər
Avropa Mərkəzçi Demokrat İnternasionalın Prezidenti Andres Pastrana Şəhidlər Xiyabanını və Xocalı soyqırımı abidəsini ziyarət etmişdir
Fevralın 27-də Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrana Şəhidlər Xiyabanını ziyarət etmişdir.
Həmin gün Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrana Xocalı soyqırımı abidəsini ziyarət etmiş, abidənin önünə əklil qoymuş, faciə qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, MM-in deputatı Sevinc Fətəliyeva qonağı müşayiət etmişdir.