YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Harpaz: Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşdə Azərbaycanda yəhudilərə göstərilən diqqətdən, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib. Səfir deyib ki, azərbaycanlılar həmişə yəhudilərə qardaş münasibəti bəsləyiblər və onlar bu ölkədə nə vaxtsa dini və etnik zəmində hər hansı problemlə qarşılaşmayıblar.

Komitədən verilən məlumata görə, görüşdə Azərbaycan ilə İsrail arasında əlaqələrin tarixi köklərə malik olduğu və bu əlaqələrin hazırda uğurla davam etdiyi bildirilib. Söhbət zamanı qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.