YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Sədr müavini Əli Əhmədov Mərkəzçi Demokrat İnternasionalının Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini- İcra katibi Əli Əhmədov fevralın 28-də Mərkəzçi Demokratlar  İnternasionalının prezidenti Andres Pastrananın başçılıq etdiyi, bu qurumun baş katibi Antonio Lopez-İsturiz və Asiya və Sakit okean regionu üzrə baş əlaqələndiricisi Sezar Rosellonun daxil olduğu nümayəndə heyəti ilə görüşüb.

YAP-ın Sədr müavini Əli Əhmədov  MDİ-nin prezidentinin ölkəmizə səfərinin və aparılan müzakirələrin tərəflər arasında əməkdaşlıq və dialoqun inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.

Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrana Bakıda olduğu müddətdə iştirak etdiyi müzakirələrin, eləcə də məcburi köçkünlərlə görüşünün onda müsbət təəssürat yaratdığını qeyd etdi. Cənab Andres Pastrana Azərbaycan hökuməti tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosial təyinatlı layihələrin nümunəvi olduğunu bildirdi.

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın  mövcud durumu və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.