YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xızı rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev  Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin və regionun ən güclü siyasi qüvvəsi olduğunu bildirib. O qeyd edib ki, YAP Xızı rayon təşkilatı ötən 26 il ərzində sıralarını genişləndirib, ictimai-siyasi proseslərdə fəallıq göstərib. Hazırda təşkilatın 1864 nəfər üzvü var. Onların 872 (46,6%) nəfərini qadınlar, 812 (43,6%) isə gənclər təşkil edir. Bütün üzvlər 40 ərazi ilk partiya təşkilatında birləşiblər.

Tədbirdə həmçinin YAP Xızı rayon təşkilatının sədr müavini Arzu Əzizov və təşkilatın Qadınlar Şurasının Jalə Süleymanova çıxış edərək rayon təşkilatının keçdiyi yol haqqında fikirlərini bildiriblər.

Sonda bir qrup fəal partiya üzvünə YAP Xızı rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv