YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Problemli kreditlərin həlli ilə bağlı Fərmanın imzalanması bir daha təsdiqləyir ki, Prezident İlham Əliyev öz vətəndaşının yanındadır

“Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair Fərmanı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunu, onun problemlərinin həllini daim diqqətdə saxladığının bariz nümunəsidir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanda bu məsələnin həlli dəqiq göstərilib. Onun sözlərinə görə, məsələnin həllində vətəndaşların maraqları tam qorunur. Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

“Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə və müşavirədə dövlət başçısının çıxışı bir daha təsdiqlədi ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Cənab Prezident həmin müşavirədə  problemli kreditlərlə bağlı məsələnin də həll olunacağını bildirmişdi. Cəmi üç gün sonra isə bu Fərman imzalandı. Ümumiyyətlə, ölkəmizdə  əhalinin sosial rifahının yüksəldilməsi  üçün lazımi addımlar atılır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Problemli kreditlərin həlli ilə bağlı Fərmanın imzalanması bir daha təsdiqləyir ki, Azərbaycan əhalinin sosial məsələlərinin həllində dünyada öz liderliyini nümayiş etdirir”-deyə, deputat qeyd edib.