YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstan Prezidenti Salome Zurabişvili “Müqəddəs Georgi” kilsəsini ziyarət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.

Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verildi. Bildirildi ki, bu kilsə 1888-ci ildə xristian din əzabkeşi Müqəddəs Georginin şərəfinə könüllü ianələr və Qafqazda Xristianlığın Bərpası İdarəsinin maliyyəsi ilə tikilib. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Prezident Salome Zurabişvili kilsədə şam yandırdı. Burada dini ayin icra olundu.

Ali qonağın diqqətinə çatdırıldı ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın multikulturalizm modeli bütün dünyada öyrənilir və tətbiq edilir. Dövlətimiz tərəfindən başqa dinlərin abidələrinin qorunması, onların bərpası ölkəmizdəki multikultural siyasətin tərkib hissəsidir.