YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan QDİƏT-ə üzv dövlətlərin turizm nazirlərinin növbəti görüşündə təmsil olunur

Oktyabrın 23-də Yunanıstanın paytaxtı Afina şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin turizm nazirlərinin növbəti görüşü təşkil olunub.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov təmsil edir.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyətinin müzakirələri və QDİƏT üzv-dövlətlərinin turizm nazirləri tərəfindən bəyannamənin və iclasın hesabatının qəbul edilməsi nəzərdə tutulur.