YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam Kərimov: Yarmarkaların təşkilində əsas məqsəd süni qiymət artımının qarşısının alınması və məhsul bolluğunun yaradılmasıdır

Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində və respublikanın müxtəlif yerlərində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilir. Əsas məqsəd fermerlərin istehsal etdikləri məhsulların bazara birbaşa çıxarılması, süni qiymət artımının qarşısının alınması və məhsul bolluğunun yaradılmasıdır.

Bu sözləri martın 2-də Nizami rayonunda Novruz yarmarkasının açılış mərasimində kənd təsərrüfatı naziri İnam Kərimov jurnalistlərə müsahibəsində deyib.

“Novruz bayramı ərəfəsində ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat çoxalır. Hesab edirəm ki, alıcılar bu yarmarkalardan məmnun qalacaqlar”, - deyə İnam Kərimov bildirib.