YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun bölmələri cəbhə xəttində atəşkəs rejimini yenə pozublar

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 15 dəfə pozulub.

Erməni silahlı bölmələri Azərbaycan Respublikasının Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 

DİGƏR Xəbərlər Arxiv