YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı davamlı islahatlar həyata keçirilir

«Ölkəmizdə səhiyyənin inkişafı ilə bağlı davamlı islahatlar həyata keçirilir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiq edilməsi yönündə atılan addımlar da bu islahatların tərkib hissəsidir». Bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, hazırda bu sistemə keçid məsələsi cəmiyyətdə geniş müzakirə mövzusudur. Onun sözlərinə görə, Nazirlər Kabineti ilə Dünya Bankının ölkəmizdəki nümayəndəlinin birgə keçirdiyi seminar bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

«Bilirsiniz ki, icbari tibbi sığortanın tətbiqi məsələsi ilə bağlı Nazirlər Kabinetində Baş nazirin müaivni Əli Əhmədovun rəhbərliyi ilə işçi qrup fəaliyyət göstərir. Artıq hökumət bu sistemə keçidlə balı ciddi addımlar atmaqdadır. Məqsəd əhalinin sağlamlığının daha yüksək səviyyədə təmin edilməsindən ibarətdir. Qeyd edim ki, bu sistemə keçmək üçün müvafiq qanunun qəbulu və büdcədən vəsaitin ayrılması yetərli deyil. Burada güclü infrastruktur və kadr potensialı da vacib şərtdir. Sevindirici haldır ki, ölkəmizdə səhiyyə sahəsində buinfrastruktur yaradılır, eləcə də yüksək təhsilli kadrlar yetişdiilir. Bu proses ölkəmizin bütün bölgələrini  əhatə etməkdədir. Hazırda icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı dünya ölkələrinin müsbət təcrübəsi öyrənilir. Biz bu sistemə ağrısız keçmək istəyirik və inanıram ki, dünya təcrübəsindən istifadə edərək biz müsbət nəticələrə nail olacağıq»- deyə, komitə üzvü vurğulayıb.