YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qırğızıstanın Azərbaycanda səfirliyi açılacaq

Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev bu ölkənin Azərbaycanda səfirliyinin yaradılması haqqında Fərman imzalayıb.

Fərmanda deyilir: “Azərbaycanla əldə edilən razılaşmaya uyğun olaraq və bu ölkə ilə Qırğızıstan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Qırğızıstanın səfirliyi yaradılsın”.

Fərmanda aidiyyəti qurumlara bir ay müddətində səfirliyin təşkilatı və maliyyə məsələlərini həll etmək tapşırılır.