YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmira Süleymanova: Milli Fəaliyyət Proqramı”nın icrası istiqamətində mühüm işlər görülür

“Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın  icrası istiqamətində mühüm işlər görülür. Bu fikri İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, insan hüquqları ilə bağlı  ölkənin hər bir rayonunda ictimai dinləmələr  keçirilir. Onun sözlərinə görə, bu dinləmələr böyük əhəmiyyət kəsb edir.

«Ermənistanın Azərbaycana hərbi  təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın  hüquqları kobud surətdə pozulub. Bu işğal faktı bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  təsdiqlənib və bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələri, həmçinin Avropa Şurası Parlament Assambleyasının  tövsiyə və qətnamələri mövcuddur, lakin bu sənədlərdəki müddəalar bu günədək yerinə yetirilməyib. Azərbaycan öz yurdlarında yaşamaq hüquqndan məhrum edilmiş vətəndaşlarının hüquqlarının bərpa edilməsi yönündə beynəlxalq qurumlardan konkret addımların atılmasını gözləyir»- deyə, Ombudsman vurğulayıb.