YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil

“Azərbaycan dövlətinin və cəmiyyətinin mövqeyi belədir ki, həmsədrlərin fəaliyyəti, regiona səfərləri nəticə verməlidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh prosesini irəli aparmaq təşəbbüsləri müsbət qiymətləndirilə bilər. Amma bu təşəbbüslər ədalətə söykənməli və beynəlxalq hüquq normalarına əsaslanmalıdır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, işğalçı Ermənistan Dağlıq Qarabağ məsələsinin həllinə maraqlı deyil. Bu dövlət işğaçı siyasətini davam etdirmək istəyir. Buna baxmayaraq, Minsk qrupu işğalçını öz adı ilə çağırsa, məcburi köçkün olan insanların öz doğma yurdlarına qaytarılması tələbini irəli sürsə, Ermənistanın geri çəkilməsi şübhəsizdir. Çünki bu dövlət bütün cəhətlərdən iflasa uğrayıb. Azərbaycan tərəfi isə danışıqlar naminə bu prosesdə iştirak etmək niyyətində deyil və bu mövqe həmsədrlərə də məlumdur. Ona görə də, dövlətimizin həmsədrlərdən nəticəyə hesablanan fəaliyyət tələb etməsi tamamilə düzgün mövqedir.

“Həmsədrlərin son bəyanatına gəlincə, burada bir sıra məqamlar var. Bəyanatda vurğulanan bəzi məqamlar əvvəlki bəyanatların təkrarıdır. Yeni məqam isə ondan ibarətdir ki, bəyanatda danışıqların formatının dəyişməz olduğu qeyd edilir. Hansı ki, Ermənistanın baş naziri Nikol Paşiyan deyirdi ki, danışıqlar prosesində Dağlıq Qarabağ erməniləri tərəf kimi iştirak etməlidir. Minsk qrupunun həmsədrlərinin bu bəyanatı Ermənistana verilən bir mesajdır. Həmsədrlərin mövqeyi Paşinyanın fikirlərinin qeyri-ciddi olduğunu göstərdi. Prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin mövqeyini onların diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir. Amma bir məsələ də var ki, sülh danışıqları nəticə verməli, Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır. Torpaqları işğaldan azad etmək Azərbaycan xalqının haqqıdır. Çünki bu torpaqların sahibləri öz yurdlarına qayıtmalıdırlar. Amma bu gün onlar qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv