YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: Bələdiyyələr ölkəmizdə yerli demokratiyanın inkişafında mühüm rol oynayır

«Bələdiyyələr ölkəmizdə yerli demokratiyanın inkişafında mühüm rol oynayır». Bu fikri yap.org.az saytına açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, ötən dövr ərzində bələdiyyələr əhalinin sosial məsələlərinin yaxından iştirak etməklə yanaşı, yerli demokratiyanın inkişafına öz töhfələrini veriblər. Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətində müəyyən problemlər olsa da, bunlar tədricən həll edilməkdədir.

«Bu il dekabr ayının 23-də Azərbaycanda növbəti seçkilər keçiriləcək. Artıq seçkilərə rəsmi start verilib və qanunvericiliyə uyğun olaraq seçki ilə bağlı müvafiq prosedurlar həyata keçirilir. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşıb. İnanırıq ki, partiyamız bu seçkilərdə də yüksək nəticələr əld əedəcək»- deyə, komitə sədri vurğulayıb.