YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı humanizm siyasətinin daha bir parlaq nümunəsidir

“Azərbaycanda humanizm siyasəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirlir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Humanizm siyasətinin ifadəsi olan əfv sərəncamları dövlətimizin başçısı tərəfindən imzalanır. Bu da xeyli sayda insanın ailələrinə sevinc bəxş edir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki,  Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı da humanizm siyasətinin daha bir parlaq nümunəsidir. Onun sözlərinə görə, dövlət başçısı ənənəvi olaraq, bayram günləri, bir sıra əlamətdar tarixi günlər öncəsi imzaladığı əfv sərəncamları ilə xeyli sayda insanı azadlığa qovuşdurur.

“Dövlət başçısı tərəfindən əfv sərəncamlarının verilməsi istər humanizm, istər əxlaqi, istərsə də cəmiyyətdaxili harmoniyanın qorunması baxımından böyük önəm daşıyır. Humanist addımlar mahiyyət etibarilə insanlarda yeni hiss və vərdişlərin formalaşmasına, insani dəyərlərin möhkəmlənməsinə təsir göstərir. Yəni, cinayət törədən şəxslərin qanunla müəyyənləşdirilmiş qaydada layiq olduqları cəzanı almaqdan azad edilməsi insana dərin mənəvi keyfiyyətlər aşılamaq gücündədir. Lakin bəzi şəxslər dövlətin bu humanist siyasətinin dəyərini dərk etmirlər. Son əfv sərəncamı ilə azadlığa çıxan keçmiş səhiyyə naziri Əli İnsanovun fikirləri buna sübutdur. O, əfv olunmasını dəyərləndirmək və bu addımı atan dövlət başçısına minnətdarlıq etmək əvəzinə tamamilə basqa mövqedən çıxış edib. Guya Ə.İnsanovun azadlığa çıxmasında qərb dövlətlərinin və bəzi beynəlxalq qurumların rolu olub. Əlbəttə ki, bu fikir tamamilə əsassızdır. Çünki Azərbaycanda kimin əfv olunub olunmaması ilə bağlı heç bir dövlət və ya təşkilat qarşısında öhdəlik götürülməyib və əfv siyasəti ölkəmizin daxili məsələsidir, dövlət başçısının müstəsna səlahiyyətidir. Əli İnsanovun bu mövqeyi ən azı etik normalara uyğun gəlmir. Onun belə mövqeyi cəmiyyətimiz tərəfindən ciddi qınaqla qarşılanır”-deyə, S.Fətəliyeva vurğulayıb.