YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Bu, Prezident İlham Əliyevin müstəsna sosial siyasətinin bariz formasıdır

““Diqlas” ticarət mərkəzində yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənilməsi ilə bağlı verilən tapşırıq Prezident İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır”. Bu fikri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

T.Mİrkişili bildirib ki, dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənmir.

“Lakin bu hadisədən dərs götürüləsi məsələlər çoxdur. Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3%-i həcmindədir. Yəni, bir maqazində 50 000 manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maarıflənməyə ehtiyac var”-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv