YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Aİ Brüsseldə tərəfdaşlıq haqqında yeni sazişi müzakirə edəcək

Azərbaycan və Avropa İttifaqı (Aİ) gələn həftə Brüsseldə tərəfdaşlıq haqqında yeni sazişi, həmçinin ümumi aviasiya məkanının yaradılması barədə sazişi müzakirə edəcək.

Bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin siyasi və sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Daniilidis deyib.

O, həmin sazişlər barədə danışıqların davam etdirildiyini deyib:

“Biz əvvəllər olduğu kimi, tez bir zamanda hərtərəfli sazişin əldə olunması üçün çalışırıq. Bu səylər həm tərəfdaşlıq, həm də aviasiya sazişinə aiddir. Aprelin 4-də Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının görüşü baş tutacaq və hər iki saziş üzrə irəliləyişlər yüksək səviyyədə müzakirə olunacaq”.