YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: "Mediasiya haqqında" qanun qüvvəyə mindikdən sonra mülki işlər və iqtisadi mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediatorların vasitəçiliyi ilə həll olunacaq

“"Mediasiya haqqında" qanun layihəsi vacib sənəddir. Bu qanun qüvvəyə mindikdən sonra mülki işlər və iqtisadi mübahisələr, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr mediatorların vasitəçiliyi ilə həll olunacaq”. Bu fikirləri Milli Məclisin  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, qanun layihəsinə əsasən, tərəflər məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparacaq.

“Qanun layihəsi 5 fəsil 39 maddədən ibarətdir. Bu qanunun qüvvəyə minməsi və mediasiya institutunun yaranması ölkədə məhkəmələrin iş yükünün azalmasına xidmət edəcək və yeni fəaliyyət növü yaradacaq. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq prinsipləri əsasında həyata keçiriləcək”-deyə, komitə sədri qeyd edib.