YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 1918-ci ilin mart soyqırımı qan yaddaşımızın ən ağrılı səhifələrindəndir

“1918-ci ilin mart soyqırımı qan yaddaşımızın ən ağrılı səhifələrindəndir”. Bu fikri Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

F.İbrahimli bildirib ki, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istəyən ermənilər o dövrdə  Bakıda və regionlarda kütləvi qırğınlar törədiblər.

“Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci ilin mart ayının 26-da imzaladığı Fərmana əsasən, 31 mart tarixi, azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu, gələcək nəsillərin həmin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Ulu öndərin imzaladığı Fərmanla məhz 31 mart tarixinin azərbaycanlıların soyqırımı günü kimi qeyd edilməsi heç də təsadüfi deyil. Çünki bunun həm hüquqi, həm də tarixi əsasları var. Bu sənəd 31 mart soyqırımının dünyaya çatdırılması üçün bizim əlimizdə çox ciddi əsasa çevrildi”- deyə, F.İbrahimli qeyd edib.