YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır

Aprelin 1-dən bır sıra sosial müavinətlər və Prezident təqaüdləri artırılır. Həmçinin ayrı-ayrı kateqoriyalar üzrə yeni Prezident təqaüdləri təsis edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, aprelin 1-dən 14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır. Eyni zamanda, 2 kateqoriya üzrə yeni Prezident təqaüdləri də təsis edilir.

Həmin kateqoriyalar üzrə müavinət və təqaüdlərin bu aydan etibarən müəyyən olunan məbləği barədə cədvəli təqdim edirik.