YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-fevral aylarında Azərbaycanın ixracı 3,2 milyard dollar olub

Cari ilin yanvar-fevral aylarında Azərbaycanın ixracı 3,2 milyard ABŞ dolları təşkil edib.

Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 282 milyon dollar olub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk iki ayında qeyri-neft sektoru üzrə ixrac 40 milyon dollar və ya 16,5 faiz artıb. Hesabat aylarında Rusiyaya 82 milyon, Türkiyəyə 63,6 milyon, Gürcüstana 37 milyon, İsveçrəyə 20,6 milyon və İrana 8,5 milyon dollarlıq qeyri-neft sektoruna aid məhsul ixrac olunub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-fevral aylarında Rusiyaya qeyri-neft ixracı 21 faiz, Gürcüstana 13 faiz və İrana 2,1 dəfə artıb.