YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan təmsilçisi Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşündə iştirak edəcək

Aprelin 2-də Rumıniyanın paytaxtı Buxarestdə Şərq Tərəfdaşlığı üzrə enerji nazirlərinin görüşü keçiriləcək. Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi çərçivəsində təşkil ediləcək iclasda Azərbaycanı energetika nazirinin müavini Elnur Soltanov təmsil edəcək.

Nazirlikdən bildirilib ki, tədbirdə Şərq Tərəfdaşlığı Proqramının 10-cu ildönümü ilə əlaqədar energetika sahəsində gələcək əməkdaşlıq perspektivləri, Şərq Tərəfdaşlığı üzrə mayeləşdirilmiş təbii qaz (LNG) şəbəkəsi, enerji infrastrukturu - təbii qaz və elektrik enerjisi layihələri, enerji səmərəliliyi mövzularında müzakirələr aparılacaq, energetika sektorunda məqsəd və prioritetlər üzrə irəliləyişlər nəzərdən keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildən Avropa İttifaqı tərəfindən həyata keçirilir.