YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Süleymanov: Hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir

“Ölkəmizin davamlı inkişafından, iqtisadi potensialın mütəmadi surətdə genişlənməsindən bütün respublika boyu sosial infrastruktur yaradılması, insanların həyat şəraitinin daha da yaxşılaşdırılması, maddi təminatlarının möhkəmləndirilməsi məqsədilə səmərəli şəkildə istifadə olunur. Bu məqamda qeyd etmək yerinə düşər ki, təkcə 2019-cu ilin əvvəlindən etibarən Azərbaycanın dövlət başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkə vətəndaşlarının gəlir imkanlarının artırılmasına hesablanan bir sıra Fərman və sərəncamlar imzalayıb”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Tahir Süleymanov deyib.

T.Süleymanov bildirib ki, Prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğına da çox həssas münasibət sərgiləyib. Dövlətimizin başçısının tapşırığına əsasən müvafiq qurumların məsul əməkdaşları ilə "Diqlas" ticarət mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarlar arasında görüş keçirilib və ətraflı müzakirələr aparılıb. Martın 28-də isə Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə müşavirə keçirilib.

“Bu hadisə ilə bağlı cənab Prezident müvafiq sərəncam imzalayıb. Atılan bu addımlar göstərir ki, dövlət hər bir vətəndaşının probleminə həssas şəkildə yanaşır və onu həll edir. Xüsusilə bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir. Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır. Bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir”-deyə, deputat vurğulayıb.