YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Formula-1”in mərhələ yarışı Azərbaycanda keçiriləcəkdir

İtaliyanın “Omni corse” xəbər saytında “Formula-1”in mərhələ yarışının Azərbaycanda keçirilməsi ilə bağlı məqalə yerləşdirilmişdir.

Yazıda qeyd olunur ki, yarışların 2016-cı ildəki mərhələlərindən birinin Azərbaycanın paytaxtı Bakıda keçirilməsi barədə uzun müddətdir müzakirələr aparılırdı. Artıq məsələ ilə bağlı rəsmi qərar qəbul edilmişdir. Belə ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilə “Formula-1” avtoyürüşləri üzrə dünya çempionatının rəhbəri Berni Ekklstoun arasında yarışların 2016-cı ildəki mərhələlərindən birinin Bakıda keçirilməsinə dair razılıq əldə olunmuşdur.

Müəllif oxucuların diqqətinə çatdırır ki, belə önəmli bir tədbirin keçirilməsi üçün dünya şəhərləri arasından məhz Bakının seçilməsi heç də təsadüfi deyildir. Artıq Bakı son illər bir neçə mötəbər idman yarışlarına uğurla ev sahibliyi etmişdir.