YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında istismara verilən yeni quyudan sutkada 25 ton neft hasil olunur

“Neft Daşları” yatağındakı 2585 nömrəli meydançadan 2601 nömrəli quyu qazmadan sonra istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu 2223-2209 metr intervaldan sutkada 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılıb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat veriblər.