YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan dövlətinin ən əsas strateji məqsədi davamlı sosial siyasəti vasitəsilə insan kapitalını inkişaf edirməkdir

«Azərbaycan dövlətinin ən əsas strateji məqsədi davamlı sosial siyasəti vasitəsilə insan kapitalını inkişaf edirməkdir». Bu fikri “ABŞ-Azərbaycan: gələcəyə baxış” Forumunda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri müavini Sevinc Fətəliyeva deyib. 

S.Fətəliyeva bildirib ki, ölkədə iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, habelə, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvü bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mərkəzi yer tutur. Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan dövləti tərəfindən  növbəti illərdə həyata keçiriləcək “Azərbaycan-2020:Gələcəyə Baxış” İnkiaşf Konsepsiyası hazırlanıb.

«Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmayıb, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulub. Azərbaycan 2020-ci ilədək yoxsulluğun aradan qaldırılması üçün qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirmək imkanına malikdir. Yeni iş yerlərinin açılması, azad sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və digər mühüm amillər bunu təmin edəcək. Dünya İqtisadi Forumu da respublikamızda gedən inkişaf proseslərini müsbət dəyərləndirib. Respublikamız ənənəvi qlobal rəqabətlilik indeksinə görə 140 ölkə arasında 46 yerdə qərarlaşaraq MDB-də liderliyini qorudu. Ermənistan  73-cü , Gürcüstan 77-ci yerləri tutub. Dinamik inkişaf potensialı ilə Cənubi Qafqaz iqtisadiyyatının 70%-nə sahiblik edən Azərbaycan dünyanın nüfuzlu iqtisadi-maliyyə qurumlarının reytinq cədvəllərində də sürətlə irəliləyərək mövqelərini möhkəmləndirir»- deyə, S.Fətəliyeva qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv