YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Qax rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı Gənclər Birliyinin konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə  Qax şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüblər.

Konfransda əvvəlcə hesabat məruzəsi dinlənilmiş, ötən müddət ərzində görülən işlər barədə geniş məlumat verilmişdir. Məruzəçi gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirak etməklərindən, dövlətə, dövlətçiliyimizə, Prezidentimizə həmişə sədaqətli olduqlarından bəhs edib.

Daha sonra Milli Məclisin deputatlarından Hikmət Babaoğlu, Azər Kərimli, Qax rayon İcra Hakimiyyətinin başçısı və başqaları çıxış edərək ölkə rəhbərliyinin gənclərə göstərilən diqqət və qayğısından danışıblar.

Konfransda  YAP Qax rayon təşkilatı Gənclər Birliyi şurasının yeni tərkibi seçilib, Elvin Həsilov YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.

Tədbirdə YAP Gənclər Birliyinin konfransına nümayəndələr  seçilib.