YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Tahir Süleymanov: Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsi Prezident İlham Əliyevin əzmkar fəaliyyətinin nəticəsidir

Aprelin 18-də Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bildirib ki, YAP-ın həm siyasi xətti, həm də əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratiyanın, hüquqi, dünyəvi dövlətin inkişafına xidmət edir. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası böyük siyasi məktəbdir. YAP yeni düşüncə tərzi ilə insanları ətrafında birləşdirərək siyasi sistemin ən mütəşəkkil partiyası olduğunu sübuta yetirdi.

Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Süleymanov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyətinin Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, günü-gündən sıraları durmadan genişlənən YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayıb. T.Süleymanov YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyıb.

“Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Azərbaycanın nəinki regionda, ümumən dünya siyasətində əsas söz sahibi olan bütün ölkələrlə əlaqələrini son illərdə daha da inkişaf etdirməsi, sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal şəkildə dəstəkləməsi artıq bir reallıqdır”-deyə, deputat vurğulayıb.