YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.
Konfransı YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədri Habil İsmayılov açaraq hesabat məruzəsi ilə çıxış edib. Məruzəçi əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib və bunun nəticəsində ölkədə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edib. Sonra o, Gənclər Birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.
Konfransda Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, YAP Göygöl rayon təşkilatının sədri Turani Əliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev, Pərvin Kərimzadə çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından bəhs ediblər.
Konfransda təşkilati məsələlərə baxılıb, Hüseynov Samir Elyar oğlu YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Eyni zamanda, Şuranın 15 nəfərdən ibarət tərkibi, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçiliblər.
Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.