YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda bütün dini konfessiyalara bərabər imkanlar yaradılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Yəhudiləri Yardım Təşkilatının Azərbaycan bölməsinin sədri Rav Şmuel Simantov ilə görüşüb.

Komitədən verilən məlumata görə, görüşdə Mübariz Qurbanlı bildirib ki, Azərbaycan vətəndaşı “Dini etiqad azadlığı haqqında” qanunun ona verdiyi imkanlardan tam şəkildə istifadə edə bilir. Azərbaycanın ictimai-siyasi həyatında dini sabitlik faktiki olaraq digər ölkələrlə müqayisədə özünü daha qabarıq şəkildə göstərir. Bütün dini konfessiyalara bərabər imkanlar, şərait yaradılıb. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsidir.

Rav Şmuel Simantov Azərbaycanda yəhudi xalqına göstərilən diqqətdən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulmasından məmnun olduğunu bildirib. Qonaq qeyd edib ki, Azərbaycanda yəhudilərə qarşı daima xoş münasibət olub və biz yəhudi icması olaraq hər zaman Azərbaycan xalqının və Azərbaycan dövlətinin yanındayıq.