YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Görüşün nəticəsi odur ki, münaqişənin həlli istiqamətində sülh axtarışları davam etdiriləcək

«Prezidentlərin Paris görüşünün nəticəsi odur ki, münaqişənin həlli istiqamətində sülh axtarışları davam etdiriləcək». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bu görüş uğurlu nəticə ilə yadda qalmadı. Onun sözlərinə görə, çünki üçtərəfli görüşdə hansısa uğurlu razılaşmaya nail olunması barədə məlumat yoxdur.

«Sadəcə olaraq burada itkin düşən insanların taleyi ilə bağlı məsələnin həllinə vədlər verilib. Düşünürəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir irəliləyişdən danışmağa dəyməz. Bu görüşün nəticəsi yalnız odur ki, sülh axtarışı hələ də davam edir»- deyə, R.Musabəyov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv