YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Ermənistanı dünyada müdafiə edən qüvvələr münaqişənin həllinə maraqlı deyil

«Məsələ yalnız görüşlərin keçirilməsi, problemin müzakirə olunması ilə bitmir. Münaqişənin həlli üçün konkret addımlar atılmalıdır. Doğrudur, beynəlxalq aləm Dağlıq Qarabağ münaqişəsinə hüquqi qiymət verib. BMT Təhlükəsizlik Şurası, İKT, ATƏT, Avropa Şurası, Avropa Parlamentinin çoxsaylı qərar və qətnamələrində Azərbaycan torpaqlarının işğal faktı təsdiqlənib, Ermənistan qoşunlarının zəbt olunmuş ərazilərdən çıxarılmasını, məcburi köçkünlərin yurd-yuvasına qayıtmasını tələb edilib». Bu fikirləri yap.org.az saytına müsahibəsində YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, işğalçı Ermənistan bu qərarların heç birinə məhəl qoymur. Onun sözlərinə görə, bu ölkənin danışıqlarda iştirakı indiyədək yalnız imitasiya xarakteri daşıyıb. Ona görə də, hələlik münaqişənin həlli yönündə hansısa nəticədən danışmaq mümkün deyil.

«İşğalçı Ermənistanı dünyada müdafiə edən qüvvələr münaqişənin həllinə maraqlı deyil və status-kvonun qorunub saxlanmasına çalışırlar. Hətta Azərbaycanı dəfələrlə təxribata çəkmək istəyiblər. Amma dövlətimizin səbr və təmkin nümayiş etdirməsi işğalçı tərəfin məqsədinə çatmasına imkan verməyib. Erməni tərəfi qorxaq və riyakardır. Mən bir çox beynəlxalq tədbirlərdə iştirak etmişəm və şahidi olmuşam ki, Ermənistan nümayəndələri həmin tədbirlərdə Azərbaycan və Türkiyə nümayəndələri iştirak etdiyi zaman qorxularından çıxış edə bilməyiblər. Çünki haqq-ədalət onların tərəfində deyil. Amma bizim nümayəndələr tədbir keçirilən zalda olmayanda onlar əleyhimizə böhtan,yalan dolu çıxışlar ediblər. Bu da onların qorxaqlığını və riyakarlığını sübut edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv