YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Bakı 2015 - Avropa Oyunları”na həsr olunmuş poçt markaları buraxılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti tərəfindən 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş altı poçt markası buraxılacaq.

Nazirlikdən bildirilib ki, markaların üzərində Heydər Əliyev adına Arena, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası, “Bakı Kristal Zalı” və Su İdmanı Növləri Sarayının təsvirləri yer alacaq.

Qeyd edək ki, “Bakı 2015 - Avropa Oyunları” çərçivəsində keçiriləcək ənənəvi və innovativ idman növlərindən ibarət geniş diapazonlu yarışlarda 6 mindən çox yüksək dərəcəli idmançının iştirakı gözlənilir.