YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Formula 1 Azərbaycan Qran-Prisinin əyləncə proqramına möhtəşəm şou ilə yekun vurulub

Aprelin 28-də Formula 1 SOCAR Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra “Baku Crystal Hall”da maraqlı əyləncə proqramı təşkil edilib.

Möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər. Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış reperlərindən olan Kardi Bi Bakı səhnəsində yer alaraq məşhur musiqi proqramı ilə Azərbaycan Qran-Prisinə yekun vurub.

“Qremmi” mükafatına layiq görülən ilk reper olan Kardi Bi əyləncəsevərlərə maraqlı gecə təqdim edib.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi möhtəşəm şou ilə başa çatıb.