YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dövlət Departamenti: Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini gücləndirməkdə davam etmişdir

ABŞ Dövlət Departamenti dünya dövlətlərinin 2013-cü ildə terrorizmə qarşı mübarizə sahəsində gördüyü işlərlə bağlı hesabat yaymışdır.

Hesabatın Azərbaycan ilə bağlı hissəsində deyilir ki, rəsmi Bakı terrorizmlə mübarizədə ABŞ ilə güclü əməkdaşlığını qoruyub saxlamışdır və Qafqaz ərazisindən insanları, pulu və əşyaları daşımaq istəyən terror təşkilatlarına qarşı fəal müqavimət göstərmişdir.

Bildirilir ki, Azərbaycan terrorizmə qarşı mübarizədə səylərini gücləndirməkdə davam etmiş, xeyli miqdarda qanunsuz silah-sursatın müsadirəsinə nail olmuşdur. Azərbaycan terror aktları törətmiş və ya belə aktları planlaşdıran şəxslərlə bağlı istintaqın aparılması və onların məsuliyyətə cəlb edilməsi məsələlərini tənzimləyən “Terrorizmə qarşı mübarizə haqqında” Qanunun tətbiqini davam etdirmişdir. Milli Təhlükəsizlik Nazirliyi terrorizmlə mübarizədə əsas məsul qurum olsa da, Daxili İşlər Nazirliyi də ölkənin mühüm hüquq mühafizə orqanı kimi bu sahədə rol oynayır. Hər iki nazirlik terrorçu fəaliyyətlərin müəyyənləşdirilməsi və qarşısının alınmasına qadir olduqlarını nümayiş etdirmişdir.

Hesabatda qeyd edilir ki, Azərbaycan Çirkli Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) üzvüdür. Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində qanunun qəbulundan sonra Azərbaycan bu sahədə öz peşəkarlığını artırmışdır. Rəsmi Bakı çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə sahəsində MONEYVAL-ın tövsiyələrini yerinə yetirməkdə davam etmişdir.

Diqqətə çatdırılır ki, 2013-cü ilin sonunda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi üzvlüyü başa çatmışdır. Bu müddətdə rəsmi Bakı Təhlükəsizlik Şurasının terrorizmə qarşı mübarizə ilə bağlı qətnamələrini dəstəkləmişdir.

Hesabatda vurğulanır ki, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı və digər regional qurumların fəal üzvü olan Azərbaycan terrorçuluq, həmçinin qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində hüquq mühafizə orqanlarının səylərinin əlaqələndirilməsi məqsədi ilə keçirilən Xəzəryanı ölkələrin işçi qruplarının iclaslarında da iştirak etmişdir.

 

 

DİGƏR Xəbərlər Arxiv