YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Mehriban Əliyevanın bütün fəaliyyəti xeyirxah işlərə yönəldilib

Azərbaycanın çiçəklənməsində, beynəlxalq miqyasda daha yüksək imiclə tanınmasında, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında ölkə Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri əvəzsizdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli genefondun qorunmasına, təmiz, saf hisslərin şüurlarda məskən salmasına, ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına xidmət edir. Məhz Mehriban xanım Əliyeva öz nəcib əməlləri, həssas ürəyi, ülviyyəti, yüksək mədəniyyəti, ziyalılığı, insanpərvərliyi ilə milyonlarla insanın ürəyinə yol tapıb, xalqın sevimlisinə çevrilib. Nigar, Həcər, Sara xatun, Tomris, Nüşabə kimi qəhrəman qadınlarımız şücaət və mərdlikləri ilə Azərbaycan tarixinin keçmişini zənginləşdirirdisə, XXI əsrdə Mehriban xanım Əliyeva dərin düşüncəsi, müdriklikliyi, vətənpərvərliyi ilə gələcək nəsillər üçün əsl örnəyə çevrilib.

 Bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən ölkəmizin birinci xanımı incə təbiətə, həssas qəlbə sahibdir. Buna Mehriban xanımın sadə insanlarla keçirdiyi hər görüşdə şahid oluruq.

Aprelin 26-da Nəsimi rayonunda Tibb Universitetinin 4 saylı yataqxanasında və Qaradağ rayonunda salınan “Qobu Park” yaşayış kompleksində məskunlaşan məcburi köçkünlərlə görüş Mehriban xanım Əliyevanın incə qəlbə malik olmasını, vətənpərvərlik kimi əxlaqi-mənəvi keyfiyyətləri tam dolğunluğu ilə özündə əks etdirdiyini bir daha göstərdi.

Yaddaqalan əsas məqamlardan biri də məcburi köçkünlərin son illər ərzində aparılan sosial islahatlardan, dövlətin onlara göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdiklərini, reallaşan yeniliklərdən razı qalmalarını dilə gətirmələri olub. Ölkənin birinci xanımının bu ərazidə məskunlaşan məcburi köçkünlərin hər birinin dərd-sərinə şərik olması, problemləri ilə maraqlanması, bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirməsi Mehriban Əliyevanın yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, dogma Mehribanı olduğunu bir daha sübut etdi. Mehriban xanımın sadə insanlara dogma münasibəti, xüsusi ilə yaşlı xanımla səmimi söhbəti kövrək anlar yaşadıb.

 “Bilin ki, fəaliyyətimdə mənim üçün ən vacib, ən mühüm güc mənbəyi məhz sizinlə, insanlarla ünsiyyətdə olmaqdır. Mən sizin sevginizi, dəstəyinizi hiss edəndə daha inamlı oluram”-Mehriban Əliyevanın söylədiyi bu sözlər xalq sevgisindən, vətənpərvərlikdən, bəşəri ideallardan və zərif humanizmdən xəbər verir.

DİGƏR Xəbərlər Arxiv