YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlhamə Qədimova: “Aqrar sığorta haqqında” qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur

“Aqrar sığorta haqqında” qanun layihəsində müştərək sığorta mexanizminin yaradılması nəzərdə tutulur. Bu fikri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.

İ.Qədimova bildirib ki, məqsəd sığorta haqlarını ödəməkdə çətinliklə üzləşəcək fermerlərə kömək etməkdir. Əvvəlki qanunvericilikdə də dövlətin aqrar sığortaya dəstəyi əks olunub. Yeni mexanizm dövlətin bu sahədə dəstəyinin təmin edilməsinə imkan yaradacaq.

“Artıq ölkəmizdə aqrar sığorta orqanı formalaşdırılacaq və fermerlər onları maraqlandıran sualları cavablandıracaq bir orqanı görəcəklər. Bu, aqrar sahədə sığortanın tətbiqində maraqlı bir orqan olacaq. Sığorta şirkətlərinin kənd təsərrüfatı kimi riskli sahədən çəkinməməsinin təmin edilməsinə ehtiyac var. Buna görə də aqrar sığortaçıda da maraq yaradılacaq”-deyə, nazir müavini qeyd edib.