YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiya "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etməkdə maraqlıdır

Aprelin 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiyanın Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdən sonra nazirlər brifinq keçiriblər.

Elmar Məmmədyarov qeyd edib ki, görüşdə Xorvatiya tərəfi "Cənub Qaz Dəhlizi" layihəsində iştirak etməkdə maraqlı olduğunu bildirib.

Nazir, həmçinin bildirib ki, bu gün Azərbaycanda Xorvatiyanın səfirliyinin açılışı olacaq.