YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vahid Əhmədov: Sənaye məhəllələrinin yaradılmasının bu sahənin inkişafına əhəmiyyətli təsiri olacaq

«2014-cü ilin «Sənaye ili» elan olunması ilə əlaqədar xüsusi olaraq regionlarda sənaye, kənd təsərrüfatı emalı müəssisələri açılıb». Bunu Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, sənaye müəssisələrinin yaradılmasının əsas amillərindən biri də ölkə Prezidentinin imzaladığı fərman olub. Onun sözlərinə görə, ölkədə sənaye məhəllələrinin yaradılmasını əks etdirən bu fərmanda rayonlarda, xüsusilə mərkəzdən kənarda yerləşən bölgələrin sənayesinin inkişafı nəzərdə tutulub.

«Bu məhəllələrin yaradılmasının sənayenin inkişafına əhəmiyyətli təsiri olacaq. Beləliklə, sahibkarlar heç bir vəsait xərcləmədən hazır dövlət tərəfindən təmin edilən sahəni icarəyə götürüb işlədəcəklər. Artıq son illərdə ölkədə sənayenin inkişafı yönündə bir sıra əhəmiyyətli addımlar atılıb. Sumqayıtda texno park açılılıb, Balaxanıda zavod istifadəyə verilib və s. Ümumilikdə, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sənaye sahələrinə xüsusi diqqət verilir»- deyə, komitə üzvü qeyd edib.