YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Prezidentlərin Paris görüşü Qarabağ probleminin həllinə müəyyən təsir göstərə bilər

«Prezidentlərin Paris görüşü Qarabağ probleminin həllinə müəyyən təsir göstərə bilər. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə həll olunmasının tərəfdarıdır. Ona görə də, sülh prosesi davam etməlidir». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Azərbaycan cəmiyyəti əmindir ki, Prezident İlham Əliyev bütün görüşlərində Azərbaycan torpaqlarının ərazi bütövlüyünün təmin olması ideyasını həmişə öndə tutur. Onun sözlərinə görə, bütün görüşlərdə Azərbaycanın 20 faiz torpağının ermənilər tərəfindən işğal olunması, 1 milyondan çox insanın qaçqın və köçkün vəziyyətinə düşməsi diqqət mərkəzinə gətirilir.

«Bu proses 20 ildən artıq müddətdir davam edir, lakin hələ də konkret nəticələr əldə olunmayıb. Biz “yol xəritəsi”, “böyük sülh sazişi” kimi gurultulu fikirləri illərdir ki eşidirik. Bu fikirlər görüşləri təşkil edənlərin, təşəbbüskarların vaxtaşırı verdiyi bəyanatlardır. Amma gəlin baxaq görək, 20 ildən artıq davam edən bu görüşlərin hansının müsbət nəticəsini görmüşük. Azərbaycanın da bir vaxt səbri tükənə bilər və bu sonsuz davam edən görüşlərə son qoyub torpaqlarını işğaldan azad etmək üçün başqa real variantlara əl ata bilər. Parisdə keçirilən görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə təşkil olundu. Biz bu görüşü müsbət qiymətləndiririk və istəyirik ki, Paris görüşünün münaqişənin həll olunmasında müəyyən qədər təsiri olsun»- deyə, deputat qeyd edib.