YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında parlament haqqında əks olunan məlumatlar tamamilə hüquqa ziddir

«Hər kəsə məlumdur ki, Milli Məclis ölkənin qanunverici orqanıdır və burada şəffaflıq hər zaman yüksək səviyyədə olub». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Ə.Hüseynli bildirib ki, son dövrlər Milli Məclis əleyhinə bəzi kütləvi informasiya vasitələrində və müəyyən təşkilatların hesabatlarında qərəzli informasiyalar yayımlanır. Komitə sədri həmçinin, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında parlament haqqında yayılan məlumatı pisləyib.

«Beynəlxalq Şəffaflıq Təşkilatı yayımladığı hesabatda Milli Məclisə aid olmayan yalan məlumatlar dərc edilib. Öncə onu qeyd edim ki, hər hansı bir təşkilat haqqında hesabat hazırlanmadan öncə həmin təşkilata məlumat verilməlidir. Təşkilatın  hesabatında parlament haqqında əks olunan məlumatlar tamamilə hüquqa ziddir»-deyə, Ə.Hüseynli vurğulayıb.