YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər müzakirə edilmişdir

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz da iştirak etmişdir.