YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qətər arasında əlaqələr uğurla inkişaf edir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səlahiyyət müddəti başa çatan Qətər Dövlətinin ölkəmizdəki səfiri Mübarək bin Fəhd Əl-Tani ilə görüşüb.

Nazirlikdən bildiriblər ki, görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Şahin Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında səfir Mübarək bin Fəhd Əl-Taninin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu vurğulayaraq, gələcək işlərində ona uğurlar arzulayıb.

Mübarək bin Fəhd Əl-Tani Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.