YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilmişdir

Yeni Azərbaycan Partiyası Oğuz  rayon təşkilatı Gənclər Birliyinin   V hesabat-seçki konfransı keçirilmişdir.

YAP Oğuz  rayon təşkilatının üzvləri konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə  gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Konfransda giriş sözü ilə cıxış edən YAP Oğuz  rayon təşkilatının sədri Saleh Məhərrəmov Gənclər Birliyinin fəaliyyəti haqqında fikirlərini səsləndirdi və  konfransın işinə uğurlar arzuladı.

Konfransda YAP Oğuz  rayon təşkilatının Gənclər Birliynin sədri Mehman Ramazanov, Oğuz  rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Naxçıvanski, fəal gənclərdən Alcanov Elşən, Həmidov Cavid, Ramazanov Sənan və digər yoldaşlar çıxış etmişlər. 
Konfransda Alcanov Elşən Gülməmməd oğlu YAP Oğuz rayon təşkilatı Gənclər Birliyinin sədri seçilmişdir. Eyni zamanda 21 nəfərdən ibarət Şuranın üzvləri, 7 nəfərdən ibarət idarə heyəti , YAP Gənclər Birliyinin ümumrespublika konfransına 2 nəfər nümayəndə seçilmişdir.
Sonda cənab Prezident İlham Əliyevə müraciət qəbul edildi.

DİGƏR Partiya xəbərləri Arxiv