YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Mayın 18-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov ötən müddət ərizndə ölkəmizin ictimai-siyasi həyatında uğurların davam etdiyini, iqtisadiyyatın artdığını, ictimai-siyasi sabitliyin möhkəmləndiyini bildirib. O qeyd edib ki, ötən dövrün mənzərəsini  Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında geniş təhlil edib: “Ölkəmizdə iqtisadi inkişaf davam etməkdədir və ümumi iqtisadi inkişafın artım tempi yüksəlir. Bu ondan xəbər verir ki, Azərbaycan iqtisadiyyatında Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir. İnkişaf tempi müxtəlif sahələrdə özünü göstərir. Ən başlıca cəhət ondan ibarətdir ki, iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft sektorunda inkişafın sürəti, xüsusilə sənaye sahəsində artım tempi digər sahələrlə müqayisiədə xeyli yüksəlib. Qeyri-neft sektorunun inkişafı neft sektorunun inkişafından daha yüksək templə artmaqdadır. Bu ondan xəbər verir ki, bütövlükdə Azərbaycanda sənaye istehsalı, o cümlədən kənd təsərrüfatı artmaqdadır. Eləcə də, ölkəmizin sənaye məhsullarının ixracında artım var. Bunun nəticəsində də büdcəyə daxil olan vəsaitlər artır və bunun nəticəsində də əhalinin sosial rifahının daha yaxşdırılması istiqamətində vacib addımlar atılır”.

Baş nazirin müavini qeyd edib ki, bu ilin əvvəlindən dövlət başçısının müvafiq sərəncamları nəticəsində əhalinin müxtəlif kateqoriyalarının sosial müdafiəsinin gücləndirilməsi yönündə əhəmiyyətli addımlar artılıb. “Sosial sahədə son bir ildə, xüsusilə 2019-cu ilin əvvəlindən inqilabi addımlar atılır. Bu ilin əvvəlində minimum əməkhaqqı təxminən 40 faiz artırıldı. Bunun nəticəsində 600 min insanın əməkhaqları təxminən 40 faiz artdı. Minimum pensiyalar da 40 faiz artırıldı. Eləcə də dövlət başçısının Sərəncamı ilə sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artırıldı. Bu isə o deməkdir ki, ölkəmizdə sosail ədalət prinsipi qorunur, ilk növbədə həssas təbəqələrə qayğı göstərilir. Dövlət başçısı problemli kreditlərin həlli ilə bağlı Fərman imzalamaqla 800 min insana dəstək verdi. Eləcə də məcburi köçkünlər üçün aylıq sosial müavinətin, tələbə təqaüdlərinin  artırılması və digər addımlar bütövlükdə 3 milyona yaxın insanı əhatə edir. Azərbaycanda 2.5 milyona yaxın ailə var və demək olar ki, sosial sahədə ilin əvvəlindən atılan addımlardan təxminən hər bir ailə bu və ya digər dərəcədə faydalanır”-deyə, Əli Əhmədov vurğulayıb.

YAP Sədrinin müavini qeyd edib ki, ölkəmizdə iqtisadi inkişaf nəticəsində əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əlavə imkanlar yaranır və bu imkanlar da insanların sosial müdafiəsinin gücləndirilməsinə sərf olunur. Xüsusi diqqət göstərilən təbəqələrdən biri də məcburi köçkünlərdir. Dövlət tərəfindən onlar üçün əlavə tədbirlər görülür. Plan və istək bundan ibarətdir ki, məcburi köçkünlər üçün tikilən evlərin sayı daha da artırılsın.
“Təbii ki, Azərbaycanın imkanları genişləndikcə, maliyyə resursları artdıqca Prezidentimizin qeyd etdiyi kimi, insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq. Bu addımlar nəticəsində insanlar daha da yaxşı yaşayacaqlar, onların həyatının keyfiyyəti yüksələcək. Bundan sonra da, həyatımız daha da yaxşılaşacaq, insanların rifahı daha da yüksələcək. Vətəndaşlarımız əmin ola bilərlər ki, dövlətimiz və Prezidentimiz İlham Əliyev insanların rifahının yüksəlməsi naminə nə mümkündürsə edir və bundan sonra da edəcək. Beləliklə, görülən genişmiqyaslı işlər göz qabağındadır. Azərbaycan hökümətinin həyata keçirdiyi sosial siyasətin mahiyyəti daha aydın şəkildə özünü büruzə verməkdədir”, - deyə Əli Əhmədov vurğulayıb.

Azərbaycanın qazandığı uğurları gözügötürməyən qüvvələr olduğunu deyən YAP Sədrinin müavini qeyd edib ki, bu dairələrin qarayaxma kampaniyasının qarşısı alınmalıdır. Buna görə də, vətəndaşlar, o cümlədən partiyamızın üzvlər həyata keçirilən dövlət siyasətinin uğurlarını daha geniş şəkildə təbliğ etməlidirlər.