YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Keçən ay Azərbaycan dünya bazarlarına 113 min tondan çox dizel yanacağı çıxarıb

Oktyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən dünya bazarlarına 113 min 101 ton dizel yanacağı və 19 min 966 ton təyyarə yanacağı çıxarılıb.

Bu barədə Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ümumilikdə yanvar-oktyabr aylarında Azərbaycan 9 min 332 ton avtomobil benzini, 826 min 42 ton dizel yanacağı, 158 min 855 ton təyyarə yanacağı, 417 ton soba mazutu ixrac edib. Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (bir ton üçün) 809,25 dollar, təyyarə yanacağının qiyməti 807,22 dollar, dizel yanacağının qiyməti 745,54 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 490 dollar təşkil edib.