YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Milli Məclisdə YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə “Azərbaycanın parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa keçirilir

Mayın 24-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri Milli Məclisə səfər ediblər.

Əvvəlcə gənclər Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.

Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamlayıb, gənclərin 28 May Respublika Günü ərəfəsində Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb.

Sonra Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevi təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125 deputatdan ibarətdir. S.Mirzəyev 1995-ci ildən indiyə kimi parlamentin 2000-dən çox qanun və qərar qəbul edib.

Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə tanış olublar. 

Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa öz işinə başlayıb. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov mövzunun aktual olduğunu qeyd edib. O bildirib ki, gənclərimiz xalqımızın tarixini, o cümlədən, parlamentin tarixini dərindən öyrənməlidir. Bu baxımdan, belə bir dəyirmi masanın keçirilməsi əhəmiyyətlidir.

Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış edərək 28 May Respublika Gününün tariximizdə mühüm   yer tutduğunu bildirib. B.Muradova cümhuriyyət irsinin öyrənilməsinin, bundan ibrət  dərsi götürməli olduğumuzu deyib. Vitse-spiker Cümuriyyət qurucularının xatirəsinin böyük ehtiramla yad edildiyini diqqətə çatdırıb.

B.Muradova 1918-ci ildə Milli Şuranın ən böyük xidmətinin İstiqlal Bəyannaməsinin qəbul olunmasının, Bakının işğaldan azad edilməsi və digər addımlardır. Bunların sırasında Azərbaycan parlamentinin fəaliyyətə başlamasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi müddət ərzində parlament vacib qanun və qərarlar qəbul edib. Vitse-spiker o dövrdən indiyədək parlamentin şərəfli yol keçdiyini diqqətə çatdırıb. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi əgər cümhuriyyət qurucuları yaşasaydılar, bugünkü müstəqil Azərbaycanla qürur duyardılar”-deyə, B.Muradova vurğulayıb.

Dəyirmi masada həmçinin gənclər çıxış edib, onları maraqlandıran  suallar cavablandırılıb.