YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər

"Amnesty İnternational" təşkilatının Avropa Liqasının Azərbaycanda keçirilməsi ilə bağlı qərəzli mövqe sərgiləməsi təbii haldır. Çünki indiyədək bir dəfələlər bu kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmaq cəhdlərinin şahidi olmuşuq”. Bu fikirləri  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan ölkələrin olduğunu deyən deputat bildirib ki, məhz bunun nəticəsidir ki, Avropa ölkələrinin bəzi anti-Azərbaycan təbliğatı ilə məşğul olan bəzi təşkilatlar ölkəmizlə bağlı mənfi rəy formalaşdırmağa çalışırlar. Onun sözlərinə görə, Azərbaycanın regionda söz sahibinə çevrilməsindən, beynəlxalq reytinqlərdə yüksəlməsindən narahat olan dairələr hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər.

 “Artıq illərdir ki, bu cür hallarla rastlaşan Azərbaycan keçirdiyi tədbirlərlə heç zaman pis niyyətli qüvvələrə öz məkrli əməllərini həyata keçirməyə imkan verməyib. Əksinə bütün beynəlxalq tədbirləri yüksək səviyyəli təşkilatçılıqla həyata keçirərək dünyada ən təhlükəsiz, sabit və sakit ölkələrdən biri olduğunu sübut edib. Digər tədbirlər kimi mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final oyunu ən yüksək səviyyədə baş tutacaq. Ölkəmizə gələn azarkeşlər və turistlər üçün yaradılan hər cür şərait bunu deməyə əsas verir”-deyə, deputat qeyd edib.