YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bütövlükdə xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir. Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində  yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu. Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yenu müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə ölkədə dövlətin yaranması, üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Qısa müddətdə mürəkkəb bir dövrdə təbii olaraq, Azərbaycan Xalq Cümhuriyyəti istədiyi bütün işləri yerinə yetirə bilmədi. Ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti heç də başa çatmadı”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyaların əsasını  qoydu, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi. Bunun sayəsində də, müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşadı və gələcəkdə yenidən müstəqiliyə qovuşması üçün çox əhəmiyyətli bir tarixi missiyanı yerinə yetirdi.

“Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carşısı olan Məmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov və böyük fədakarlıqlar göstərmiş digər insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Əgər onlar yaşasaydılar indiki Azərbaycanın uğurları ilə fəxr edərdilər. Sözün həqiqi mənasında müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən əsası qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi, müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri  kimi özünü təsdiq etdi.  Bu gün həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Eləcə də, insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat səviyyəsi yüksəlib.  Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Azərbaycan mürəkkəb dünyada Prezident İlham Əliyevin dəqiq ifadə  etdiyi kimi, sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyindən heç bir narahatlıq keçirmirlər”-deyə, YAP Sədrinin müavini vurğulayıb.